"Naməlum şəxs diplomatik nümayəndəliyin qarşısında keçirilən etiraz aksiyası zamanı İran İslam Respublikasının Londondakı səfirliyinin eyvanına çıxaraq ölkənin bayrağını inqilabdan əvvəlki bayraqla əvəz edib".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Bildirilib ki, bir kişi səfirliyin ərazisinə daxil olaraq İran bayrağını cırarkən polis əməkdaşları kənarda dayanıb.
"İran səfirliyinin yaxınlığında keçirilən etiraz aksiyasından xəbərdarıq və bu etiraz zamanı bir etirazçının binanın eyvanına dırmaşdığı görülüb. Hadisə yerində polis əməkdaşları olub. İğtişaşların qarşısını almaq üçün əlavə polis əməkdaşları da cəlb edilib", - deyə London polisindən bildirilib.
Bakı 




