• Bakı C

    11.4 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

Moskva-İrəvan təyyarəsində yanğın oldu

DÜNYA

10 Yanvar 2026 | 20:04

Moskva-İrəvan təyyarəsində yanğın oldu

Moskva-İrəvan reysi ilə uçan təyyarədə yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Shot” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, İrəvana uçan "FlyOne Armenia" aviaşirkətinin 3F324 reysi ilə uçan sərnişinlərdən birinə məxsus çanta alovlanıb.

Şahidlərin sözlərinə görə, stüardessalar tez və dəqiq hərəkət edərək yanğını söndürüblər.

İlkin məlumata görə, çantadakı poverbank yanıb.

Xəsarət alan olmayıb, uçuş istiqaməti dəyişdirilməyib və təyyarə Ermənistan paytaxtına təhlükəsiz şəkildə çatıb.


SON XƏBƏRLƏR

10 Yanvar 2026