BMT-nin humanitar təşkilatları bildirib ki , 20 milyondan çox sudanlının tibbi yardıma, təxminən 21 milyon insanın isə təcili olaraq qidaya ehtiyacı var.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Africanews" xəbər portalı məlumat yayıb.
Nəşrin məlumatına görə, artıq 1000-ci günündə olan münaqişə dünyanın ən böyük aclığına və ən böyük məcburi köçkünlüyünə səbəb olub. BMT-nin Humanitar İşlər üzrə Koordinasiya Ofisinin (OCHA) sözçüsü Jens Laerke qeyd edib ki, mülki şəxslər hər gün "istəmədikləri müharibənin bədəlini ödəyirlər".
BMT-nin statistikasına görə, təxminən 13,6 milyon sudanlı evlərini tərk etmək məcburiyyətində qalıb. Onlardan 4,3 milyondan çoxu sərhədləri keçərək qonşu ölkələrə gedib. Bir neçə ərazidə döyüşlər davam edir, bu isə vəziyyəti daha da pisləşdirir.
Bakı 




