• Bakı C

    11.4 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

Gürcüstanda turistlər qar uçqunu altında qaldı

DÜNYA

10 Yanvar 2026 | 20:11

Gürcüstanda turistlər qar uçqunu altında qaldı

Gürcüstan dağlarında rusiyalı turistlər qar uçqununa düşüb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya KİV yazıb. 

Turistlər təxminən üç saatdır qar altında qalıblar. Hazırda xilasedicilər onları axtarır.

Hadisə Gürcüstanın Yuxarı Svaneti bölgəsindəki Tetnuld dağı yaxınlığında baş verib. Qar uçqunu rusların da daxil olduğu təxminən 20 xizəkçi və snoubordçudan ibarət bir qrupun üzərinə düşüb.

Bir neçə nəfər xilas ola bilib və bir nəfər digər turistlərin köməyi ilə xilasedicilər tərəfindən çıxarılıb. O, xəstəxanaya yerləşdirilib. Başqa bir nəfər isə huşsuz vəziyyətdə çıxarılıb, onun vəziyyəti hələ də məlum deyil.

Qar altında qalan insanların dəqiq sayı da məlum deyil. Xilasetmə əməliyyatı davam edir./Unikal 


SON XƏBƏRLƏR

10 Yanvar 2026