• Bakı 17° C

    8.04 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.1317

Göygöldə fermadan oğurluq edən silahlı şəxslərə cinayət işi açıldı - YENİLƏNİB

CƏMİYYƏT

27 Oktyabr 2025 | 22:05

Göygöldə fermadan oğurluq edən silahlı şəxslərə cinayət işi açıldı - YENİLƏNİB

Göygöl rayonunun Hacıməlik qəsəbəsindəki fermadan edilmiş oğurluq faktı ilə bağlı Rayon Polis Şöbəsində cinayət işi açılıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Bakıvaxtı.az-a bildirib ki, oğurluq əməlini törədən şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.

Qeyd edək ki, Göygöldə maskalı şəxslər fermadan 62 baş xırdabuynuzlu heyvan oğurlayıb.

***

21:28

Göygöldə fermadan oğurluq hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, rayonun Hacıməlik qəsəbəsi yaxınlığında yerləşən “Muraz” kəndli fermer təsərrüfatına gecə saat 02:20-də gələn maskalı şəxslər 62 baş xırdabuynuzlu heyvanı – ana qoyunları oğurlayaraq naməlum istiqamətə aparıblar.

Təsərrüfat sahibi Mahir Tağıyevin sözlərinə görə oğurluq hadisəsi təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Məsələ ilə əlaqədar Göygöl RPŞ-yə müraciət edilib. Polis hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Hazıra fermada anasız qalan 70-dək südəmər quzu təsərrüfatın işçiləri tərəfindən əllə yemlənir. Ancaq təsərrüfat sahibinin sözlərinə görə analarının tapılmayacağı təqdirdə quzuların sağ qalmaq ehtimalı azdır.


SON XƏBƏRLƏR

27 Oktyabr 2025