• Bakı 18° C

    7 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.1317

Qəzadan sonra dediklərinə görə üzr istədi

CƏMİYYƏT

27 Oktyabr 2025 | 19:05

Qəzadan sonra dediklərinə görə üzr istədi

Ötən gün Zərdabda bir nəfərin ölümü ilə nəticələnən qəzadan sonra açıqlama verən "Range Rover"in sahibi üzr istəyib.

Bakıvaxtı.az xəbər verir ki, sürücü qəzada həlak olan şəxsin yaxınlarına üz tutaraq dediyi ifadələrin səhv anlaşıldığını bildirib:

"Hamının başına gələ bilər. Burada insan həyatı həll olub. Mən istəyərdim ki, kimsə həyatdan köçsün? Valideynlərindən üzr istəyirəm. Hər şey Allaha məxsusdur. O rəhmətlik bilsə belə hadisə olacaq, o da, mən də bu yola çıxmazdıq. Mən o səviyyənin yiyəsi deyiləm. Mən elə bilirəm ki, qardaşımın, bacımın balasıdır. Biz kimdənsə nə artığıq, nə də əskik".

Xatırladaq ki, ötən gün baş verən ağır qəzadan sonra VAZ-21099-un sürücüsü Azər Abdullazadə həlak olub.

Hadisədən sonra müsahibəsi cəmiyyət tərəfindən birmənalı qəbul edilməmişdi.


SON XƏBƏRLƏR