• Bakı 21° C

    1.36 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

"Crocus" terrorunda yaralanan daha bir nəfər öldü

DÜNYA

27 Sentyabr 2025 | 15:15 | Müəllif: Subhan Mahmudov

"Crocus" terrorunda yaralanan daha bir nəfər öldü

Rusiyanın Moskva vilayətində "Crocus City Hall"da baş verən terror aktı zamanı yaralanan Dmitri Sarayev uzun sürən müalicədən sonra həyatını itirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə vəkil İqor Trunov TASS-a məlumat verib.

"Terror aktı zamanı yaralananlardan biri Dmitri Sarayev uzun və ağır müalicədən sonra vəfat edib", - deyə o bildirib.

Vəkilin sözlərinə görə, Sarayev konsert zalında atışma zamanı kürəyindən güllə yarası alıb. Həkimlər gülləni çıxarıblar.

Qeyd edək ki, Dmitri 2024-cü il dekabrın 31-də öz bloqunda ilin yekunları üzrə paylaşım edərkən bununla bağlı yazıb: "Mənə güllələdilər, amma öldürmədilər". Sarayev martın 22-ni ikinci doğum günü adlandırırdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026