Şatdaun davam edərsə, hökumət noyabrın ikinci yarısından etibarən hərbçilərin maaşlarını ödəyə bilməyəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri ABŞ-ın maliyyə naziri Skott Bessent deyib.
"Biz bu ayın ortalarında hərbçilərin maaşlarını Pentaqonun ehtiyat fondundan ödəyə bildik. Düşünürəm ki, noyabrın əvvəlində yenə bunu edə biləcəyik. Amma noyabrın 15-dən sonra hərbçilərimiz həyatlarını riskə atmağa hazır olsalar da, maaşlarını ala bilməyəcəklər. Utancvericidir!", - Bessent əlavə edib.
Qeyd edək ki, büdcə ilə bağlı Demokratlar Partiyası ilə yaranmış fikir ayrılıqları səbəbindən ABŞ-da oktyabrın 1-dən şatdaun elan edilib./Axar.az
Bakı 


