• Bakı 12° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.9576

    RUB - 2.1644

Cənubi Koreya köhnə sualtı qayığını Polşaya verir?

DÜNYA

26 Noyabr 2025 | 11:50

Cənubi Koreya köhnə sualtı qayığını Polşaya verir?

Koreya Respublikası 2025-ci ilin sonunda istismardan çıxarılacaq köhnə sualtı qayığını “Orka” proqramı çərçivəsində Polşaya verməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, Yonhap agentliyi bu barədə Koreya ordusundakı mənbələrinə istinadla məlumat yayıb.

Seulun Varşavaya verəcəyi sualtı qayıq 1991-ci ildə Almaniyada istehsal olunub.

Sentyabrda Polşanın Baş naziri Donald Tusk ölkəsinin ilin sonunadək “Orka” proqramı çərçivəsində bir neçə sualtı qayıq sifariş etmək niyyətində olduğunu bildirib. Tenderdə Cənubi Koreyanın “Hanwha Ocean” şirkəti də iştirak edir.

Cənubi Koreya bundan öncə ikitərəfli münasibətləri gücləndirmək üçün Kolumbiya və Peruya istismardan çıxarılmış bir neçə sualtı qayıq verib.

Qeyd edək ki, Polşanın “Orka” proqramı 2022-ci ilədək qanadlı raketlərlə silahlanmış sualtı qayıqların alınmasını nəzərdə tutur. 2002-ci ildə Polşa Norveçdən dörd ədəd kiçik sualtı qayıq alıb.

AZƏRTAC 


SON XƏBƏRLƏR

25 Noyabr 2025