Rusiya Prezidenti Vladimir Putin Rusiyanın bu il “Milad atəşkəsinə” razılıq verməkdən imtina etməsi üçün heç bir əsaslandırma təqdim etməyib.
Bakıvaxtı.az “Lemonde.fr”ə istinadən xəbər verir ki, öz növbəsində, Ukrayna Prezidenti Volodimir Zelenski bayramlar zamanı hərbi əməliyyatların dayandırılmasına qarşı çıxmayıb:
"Tam əksinə, biz əməliyyatların dayandırılmasının tərəfdarıyıq”.
Zelenski bildirib ki, amerikalılar “Milad atəşkəsinə” çox dəstək verirlər: “Bu, həmişə hər iki tərəfin diplomatik razılığa gəlmək istədiyinin əlamətidir”.
Kremlin sözçüsü Dmitri Peskov isə Rusiyanın “Milad atəşkəsi”ndən imtina etməsini belə əsaslandırıb:
"Biz sülh istəyirik. Ukraynaya müharibənin davam etməsinə hazırlaşmaq üçün möhlət verəcək atəşkəs istəmirik. Biz müharibəni dayandırmaq, məqsədlərimizə çatmaq və maraqlarımızı təmin etmək niyyətindəyik”.
ABŞ-də də “Milad atəşkəsi”nin olmaması Rusiya prezidenti Vladimir Putinin sülhə maraq göstərməməsinin etirafı kimi qiymətləndirilib. Bir neçə ABŞ senatoru birgə bəyanatda Rusiyanı qınayaraq bəyan ediblər ki, V.Putinin atəşkəsi dayandırmaq əvəzinə hücumlara başlamaq qərarı bütün tərəflərə aydın bir reallığı xatırladır:
"Putin sülhə maraq göstərməyən və etibarsız amansız qatildir".
Aydın Baxış
Bakı 




