Melina, Lor, Elodi və Beatris adlı 4 xanım partnyorları və ya keçmiş partnyorları tərəfindən öldürülüb. 24 saat ərzində dörd femisid (qadın soyqırımı) baş verib.
Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, bir gün əvvəl isə 27 yaşlı Zaïanın cəsədi partnyorunun yandırdığı avtomobilində tapılıb.
Gender Bərabərliyi Naziri Aurore Bergé qeyd edib ki, bu qadınlar, onların üzləri, həyatları, dağılmış taleləri, qoparıldıqları uşaqlar hər axşam xəbər verilişlərinin əsas xəbəri olmalıdır. Çünki femisidlər təcrid olunmuş hadisələr deyil. Onlar ailə məsələləri də deyil, ictimai məsələlərdir. Onlar siyasi məsələlərdir”.
Tərəfdaşlar və ya Keçmiş Tərəfdaşlar tərəfindən Femisidlər adlı təşkilatın açıqladığı rəqəmlərə görə, 2025-ci ilin əvvəlindən bəri 88 qadın öldürülüb və nəticədə 133 uşaq yetim qalıb.
Aydın Baxış
Bakı 




