• Bakı 23° C

    4.17 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

ABŞ Nigeriyada İŞİD-in hədəflərinə zərbələr endirdi

DÜNYA

26 Dekabr 2025 | 09:53

ABŞ Nigeriyada İŞİD-in hədəflərinə zərbələr endirdi

ABŞ Silahlı Qüvvələri Nigeriyanın şimal-qərbində İŞİD-in hədəflərinə güclü və sarsıdıcı zərbələr endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında məlumat verib.

"Mən əvvəllər bu terrorçulara xəbərdarlıq etmişdim ki, əgər günahsız xristianların qırğınını dayandırmasalar, bunun əvəzi onlara çox baha başa gələcək və bu gecə də belə oldu", - deyə ABŞ lideri bildirib.

"Reuters" ABŞ rəsmilərinə istinadən bildirib ki, bu ölkənin ordusu Nigeriya hakimiyyətinin xahişi ilə hərəkətə keçib. Afrika ölkəsinin Xarici İşlər Nazirliyi daha sonra ABŞ ilə "terror hədəflərinə" qarşı hava hücumları sahəsində əməkdaşlığı təsdiqləyib.

Əməliyyat zamanı mümkün itkilər barədə məlumat verilməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026