• Bakı 12° C

    6.81 m/s

  • USD - 1.7

    EUR - 1.9576

    RUB - 2.1644

Maduro ABŞ-nin hərbi təzyiqini “ölüm-dirim mərhələsi” adlandırdı

DÜNYA

26 Noyabr 2025 | 10:42

Maduro ABŞ-nin hərbi təzyiqini “ölüm-dirim mərhələsi” adlandırdı

Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın Karib dənizində artan hərbi aktivliyini ölkəsi üçün “ekzistensial an” kimi qiymətləndirib.

Bakıvaxtı.az xəbər verir ki, Maduro Karakasdakı Fuerte Tiuna Hərbi Akademiyasında çıxışı zamanı imperialist təhdidlərin gücləndiyini vurğulayaraq milli müdafiənin hər zamankından daha əhəmiyyətli olduğunu bildirib.

Paytaxtda təşkil edilən “Simon Bolivarın Bayraq və Qılınc Yürüşü”ndə isə minlərlə insan ABŞ-ın regiondakı mövqeyinə etiraz edib və dövlət başçısına açıq dəstək nümayiş etdirib.

Bununla paralel, Venesuela hökuməti uçuşları dayandıran beynəlxalq aviaşirkətləri 48 saat ərzində fəaliyyətlərini bərpa etməyə çağırıb və əks halda onların ölkəyə uçuş icazələrinin ləğv ediləcəyini bəyan edib. 

Əli Hüseynov


SON XƏBƏRLƏR

25 Noyabr 2025