“Rusiyanın Ukraynanın paytaxtı Kiyevə son hücumları onlara qarşı sadəlövh ola bilməyəcəyimizi göstərir.”
Bakıvaxtı.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte bildirib.
Rutte Kiyevdəki Avropa İttifaqı (Aİ) Nümayəndəliyinin binasının da zərər gördüyü hücumlara münasibət bildirib.
“Dünən gecə Kiyevə çoxsaylı günahsız mülki əhalinin ölümü ilə nəticələnən dəhşətli hücumlar Rusiyaya qarşı sadəlövh ola bilməyəcəyimizi bir daha nümayiş etdirir”, - o öz “X” hesabında yazıb.
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ordusunun paytaxt Kiyevə endirdiyi hava hücumunda üçü uşaq olmaqla 14 nəfərin həlak olduğunu, onlarla insanın yaralandığını açıqlayıb.