• Bakı 24° C

    10.3 m/s

  • USD - 1.7

    EUR - 1.9786

    RUB - 2.1157

KİV: Rusiya dronları Almaniyada ABŞ silah marşrutları üzərində uçur

DÜNYA

28 Avqust 2025 | 15:43

KİV: Rusiya dronları Almaniyada ABŞ silah marşrutları üzərində uçur

Rusiya dronları ABŞ və NATO-nun silah tədarük marşrutlarını Şərqi Almaniyada izləyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı "NY Times" nəşri ABŞ və Avropa hərbi rəsmilərinə istinadən verib.

    Məqalədə bildirilir ki, ABŞ və Avropa hərbi rəsmiləri, Rusiya tərəfindən həyata keçirilən sabotaj aktlarının azalmasına baxmayaraq, bu uçuşlar barədə artan narahatlıqlarını ifadə edirlər.

    Nəşrin yazdığına görə, bəzi hallarda İran istehsalı olduğu bildirilən və ehtimal ki, Baltik dənizindəki gəmilərdən buraxılan dronlar Ukraynaya silah tədarüklərini izləmək üçün istifadə olunur.

    Amerikalı və alman rəsmilər narahatdırlar ki, Rusiya bu yolla yalnız tədarük barədə məlumat əldə etməklə kifayətlənməyib, həm də bu məlumatdan sabotaj məqsədilə istifadə edə bilər.

    Məqalədə qeyd olunur ki, bu müşahidələr fonunda Almaniya hökuməti qanunvericilikdə dəyişiklik etməyi planlaşdırır. Dəyişiklik orduya Rammstein və Bavariya yaxınlığındakı bazalar ətrafında dronların vurulmasına icazə verəcək. Çünki siqnal boğucular və digər əks-dron tədbirləri onların uçuşlarını dayandıra bilməyib.


    SON XƏBƏRLƏR