• Bakı 25° C

    10.3 m/s

  • USD - 1.7

    EUR - 1.9786

    RUB - 2.1157

İsveçrə Ukrayna üçün 140 milyon dollara yaxın vəsait ayıracaq

DÜNYA

28 Avqust 2025 | 18:15

İsveçrə Ukrayna üçün 140 milyon dollara yaxın vəsait ayıracaq

 İsveçrə Ukraynanın bərpası üçün ümumi məbləği 112 milyon frank (təxminən 140 milyon dollar) olan 12 layihəni maliyyələşdirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) məlumat verib.

"Seçilmiş 12 layihənin ümumi büdcəsi 112 milyon İsveçrə frankı (təxminən 140 milyon dollar) təşkil edir. Bunun 93 milyonu (təxminən 116 milyon dollar) hökumət tərəfindən maliyyələşdiriləcək, qalan hissəsi isə İsveçrə şirkətləri və ukraynalı tərəfdaşlar tərəfindən təmin ediləcək. Seçilmiş layihələrin bu ilin payızında başlanması planlaşdırılır", - məlumatda bildirilib.


SON XƏBƏRLƏR