Sabah Bərdə rayonunun 16 kəndi və 2 qəsəbəsində 3909 abonentin qaz təchizatı dayandırılacaq.
Bu barədə Bakıvaxtı.az "Azəriqaz" İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismarı İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, Bərdə xidmət sahəsinin ərazisində yerləşən “Bərdə” Qaz Tənzimləyici Məntəqəsində (QTM) toztutucu filterin təftiş edilməsi ilə bağlı qazın nəqlinin dayandırılması zəruriyyəti ilə əlaqədar 29.08.2025-ci il tarixində saat 11:00-dan etibarən işlər başa çatanadək “Bərdə” QTM-dən qidalanan “Mehdixanlı” ölçü qovşağından Bərdə rayonunun 16 kəndi və 2 qəsəbəsində 3909 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.