• Bakı 24° C

    10.3 m/s

  • USD - 1.7

    EUR - 1.9786

    RUB - 2.1157

Xırdalandakı DOST Mərkəzi müvəqqəti işləməyəcək

CƏMİYYƏT

28 Avqust 2025 | 15:01

Xırdalandakı DOST Mərkəzi müvəqqəti işləməyəcək

Ötən gün Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Abşeron DOST Mərkəzinin inzibati binasında baş verən yanğınla əlaqədar mərkəz müvəqqəti olaraq fəaliyyət göstərməyəcək.

Bu barədə Bakıvaxtı.az-a DOST Agentliyindən məlumat verilib.

Bildirilib ki, fəaliyyətin dayandırılması mərkəzdə kiçik təmir işlərinin aparılması ilə bağlıdır.

Qeyd edək ki, ötən günkü hadisə mərkəzin yalnız bir otağında baş verib. Vətəndaşlar Bakı şəhərində yerləşən digər DOST mərkəzlərinə müraciət edə bilərlər.


SON XƏBƏRLƏR