• Bakı 28° C

    0.84 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Fransa Fələstində səfirlik açmağı planlaşdırır

DÜNYA

28 Avqust 2025 | 16:40

Fransa Fələstində səfirlik açmağı planlaşdırır

Fransa sentyabr ayında BMT Baş Assambleyasının iclasında Fələstini dövlət kimi tanıdıqdan sonra, İordan çayının qərb sahilində səfirlik açmağı planlaşdırır.

Bakıvaxtı.az “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makronun müşaviri Ofer Bronştayn “Kanal 12”yə bildirib.

    Onun sözlərinə görə, Fransada da Fələstin səfirliyinin açılması nəzərdə tutulub.

    Makronun müşaviri bu qərarı “təbii” adlandırıb.

    Bronştayn Fransa səfirliyinin böyük ehtimalla Ramallahda yerləşəcəyini bəyan edib.

    Diplomat Fələstin dövlətinin qurulmasının İsrailin də maraqlarına cavab verdiyini iddia edib.

    O qeyd edib ki, əgər stabil Fələstin dövləti olsaydı, 2023-cü ildə baş vermiş 7 oktyabr hadisələri meydana gəlməzdi.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    14 Sentyabr 2026