Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin püşkatma mərasimi keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, tədbir UEFA-nın Monakodakı inzibati binasında baş tutub.
Turnirdə Türkiyəni təmsil edən “Qalatasaray”ın rəqibləri də müəyyənləşib. İstanbul təmsilçisi püşkatmaya 4-cü səbətdən qatılıb.
“Qalatasaray”ın qrupdakı rəqibləri bunlardır:
I səbətdən: “Mançester Siti”, “Liverpul”
II səbətdən: “Atletiko”, “Ayntraxt”
III səbətdən: “Bodo Qlimt”, “Ayaks”
IV səbətdən: “Yunion”, “Monako”
Qeyd edək ki, UEFA Çempionlar Liqasının ilk tur oyunları sentyabrın 16-18-də keçiriləcək. Pley-off mərhələsi fevralın 17-18-də, final isə mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə oynanılacaq.