Sabirabad rayonunda oğul yaşlı anasını güllələyib, sonra özünü öldürüb.
Bakıvaxtı.az xəbər verir ki, rayonun Nizami kəndində baş verən cinayət hadisəsi ailə münaqişəsi zəminində törədilib.
Kənd sakini, 1970-ci il təvəllüdlü İsayev Malik Xanlar oğlu anası 1938-ci il təvəlüdlü Hüseynova Səbiyyə Astan qızını ov tüfəngi ilə yaralayıb, özünü isə öldürüb. S.Hüseynova Şirvan xəstəxanasına çatdırlaraq əməliyyata götürülüb. Hazırda onun vəziyyətinin ağır olduğu deyilir.
Hadisənin bəzi detalları məlum olub.
Əldə etdiyimiz məlumata görə, ailə arasında tez-tez ailə münaqişəsi olub. Cinayəti törədən İsayev anası ilə birlikdə yaşayıb. Ana oğul arasında bundan bir əvvəldə mübahisə yaranıb. Ailə münaqişəsi zəminində həmçinin Malik İsayevin övladlarından biri Asif İsayev həyat yoldaşını bıçaqlayıb. Hazırda həbsxanada cəza çəkir.
Malik İsayevin iki övladı var.
Malik İsayev traktor sürücüsü olub, mədəsində yaranan problemdən dolayı müalicə alırmış. Onun atası 10-15 il əvvəl vəfat edib, anası isə pensiya yaşına çatıbmış.
Faktla bağlı rayon hüquq mühafizə orqanlarında araşdırma aparılır.
***
17:30
Sabirabad sakini anasını güllələyərək yaralayıb, özünü isə öldürüb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Sabirabad rayonunun Nizami kəndində baş verib.
Həmin kəndin sakini, 1970-ci il təvəllüdlü İsayev Malik Xanlar oğlu anası Nizami kənd sakini, 1938-ci il təvəlüdlü Hüseynova Səbiyyə Astan qızına arxadan ov tüfəngi ilə atəş açaraq yaralayıb. Daha sonra özünü güllələyərək öldürüb.
S.Hüseynova Şirvan xəstəxanasına çatdırlaraq əməliyyata götürülüb.
Faktla bağlı araşdırma aparılır.