Yeni əldə edilən görüntülər İsrailin Qəzzadakı Nasser xəstəxanasına ardıcıl üç hücum həyata keçirdiyini göstərir.
Bakıvaxtı.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, hücumlar nəticəsində 22 fələstinli, o cümlədən, 6 jurnalist həlak olub.
Ekspertlərin təhlilinə görə, tanklardan atılan mərmilər hücumları koordinasiyalı və dəqiq edib.
İsrail ordusu hücumu HƏMAS kameralarını hədəf almaq məqsədilə etdiyini iddia edib, lakin ikinci və üçüncü hücumlarla bağlı açıqlama verməyib.
Beynəlxalq reaksiyalardan sonra İsrail baş naziri Netanyahu hadisəni "faciəli qəza" adlandırıb.
Əli Hüseynov