• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

182 nömrəli məktəblə bağlı iddiaya CAVAB VERİLDİ

CƏMİYYƏT

28 Avqust 2025 | 15:20

182 nömrəli məktəblə bağlı iddiaya CAVAB VERİLDİ

Bakının Binəqədi rayonunda yerləşən 182 nömrəli məktəbdə müəllimlərin şəxsi məqsədlər üçün məclis təşkil etdiyi iddia olunub. Bir vətəndaş məktəb binasında qeyri-təhsil məqsədləri ilə toplantının keçirildiyinin şahidi olduğunu bildirib. Şikayətçi həmçinin qeyd edib ki, məktəbə son bir ildir ki, yeni direktor təyin edilməyib, bu da idarəetmədə müəyyən çətinliklər yarada bilər.

Bakıvaxtı.az xəbər verir ki, Bakı Şəhəri Təhsil İdarəsinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, qeyd olunan videogörüntülər qeyri-dərs vaxtı çəkilib:

"Məktəbin texniki işçiləri və laborantlar yeni tədris ili ərəfəsində aparılan təmizlik və digər hazırlıq işlərini bitirdikdən sonra nahar etmək üçün icazə alaraq otaqda yemək yeyiblər".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026