• Bakı 24° C

    10.3 m/s

  • USD - 1.7

    EUR - 1.9786

    RUB - 2.1157

Sabirabaddakı qəzada yaralananlardan XƏBƏR VAR

HADİSƏ

28 Avqust 2025 | 15:57

Sabirabaddakı qəzada yaralananlardan XƏBƏR VAR

28.08.2025-ci il tarixində saat 13:00 radələrində Sabirabad rayonunun Güdəcühür kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (2-si kişi, 2-si qadın cinsli) Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Məlumata görə, müxtəlif nahiyələrin travması, əziyi və sınığı diaqnozları təyin olunan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.

Qeyd olunub ki, 1962-ci il təvəllüdlü və 2000-ci il təvəllüdlü şəxslərin (kişi cinsli) vəziyyətləri orta ağır, 1998-ci il təvəllüdlü (qadın cinsli) şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilir, müalicələri davam etdirilir.

"Tibb müəssisəsinə aqonal vəziyyətdə hospitalizasiya olunan 2020-ci il təvəllüdlü azyaşlıya (qadın cinsli) zəruri tibbi xidmət göstərilib və azyaşlı süni tənəffüs dəstəyilə təmin olunub. Vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisə zamanı 1 nəfərin (kişi cinsli) xəstəxanayaqədər ölüm faktı qeydə alınıb",- deyə TƏBİB-dən məlumat verilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR