• Bakı 18° C

    6.42 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.0247

Qənirə Paşayevanın vəfatından 2 il ötür 

CƏMİYYƏT

28 Sentyabr 2025 | 12:54

Qənirə Paşayevanın vəfatından 2 il ötür 

Bu gün millət vəkili Qənirə Paşayevanın vəfatının ildönümüdür.

Bakıvaxtı.az məlumat verir ki, Qənirə Paşayeva 1975-ci ildə Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. O, orta məktəbi bitirərək 1991-1998-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsində oxuyub, daha sonralar Bakı Dövlət Universitetində beynəlxalq hüquq ixtisası üzrə təhsil alıb. 2010-cu ildə isə dissertasiya müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

1998-ci ildə hələ tələbə ikən jurnalistika sahəsində fəaliyyətə başlayıb, “ANS” televiziyasında müxbir kimi çalışıb, sonra isə baş redaktor vəzifəsinə qədər yüksəlib.

Q.Paşayeva dörd çağırış Milli Məclisin deputatı olub. O, Mədəniyyət Komitəsinin sədri kimi türk dünyası ölkələri ilə mədəni əlaqələrin inkişafına, Qarabağ həqiqətlərinin yayılmasına mühüm töhfə verib.

Bundan başqa, Qənirə Paşayeva Azərbaycan Xalq Cümhuriyyəti, erməni soyqırımı, Qarabağ və digər mühüm mövzuları əhatə edən 10-dan çox elmi və publisistik əsərin, çoxsaylı məqalələrin və filmlərin müəllifi olub.

2023-cü ildə səhhətində yaranan problemlə əlaqədar Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Qənirə Paşayeva sentyabrın 28-də 48 yaşında dünyasını dəyişib və İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb.


SON XƏBƏRLƏR

27 Sentyabr 2025