• Bakı 19° C

    10.08 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.1317

Bakıda "Türk Dövlətləri Insurtech Zirvəsi" keçirilir

CƏMİYYƏT

28 Oktyabr 2025 | 10:27

Bakıda Türk Dövlətləri Insurtech Zirvəsi keçirilir

Bakıda "Türk Dövlətləri Insurtech Zirvəsi" keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Şimali Kiprdən tənzimləyici qurumların və sığorta assosiasiyalarının nümayəndələri iştirak edir. Sammitdə sığorta sektorunda rəqəmsal transformasiya, InsurTech texnologiyaları və süni intellektin tətbiqi müzakirə olunacaq.

Qeyd edək ki, sammit Azərbaycan Mərkəzi Bankının dəstəyi, Türkiyənin Ticarət Nazirliyinin təşkilatçılığı, o cümlədən, Azərbaycan Sığortaçılar Assosiasiyası ilə "Hizmet İhracatçılar Birliği"nin birgə əməkdaşlığı ilə keçirilir.

Sammit oktyabrın 29-da davam edəcək.


SON XƏBƏRLƏR

27 Oktyabr 2025