• Bakı 13° C

    5.68 m/s

  • USD - 1.7

    EUR - 1.9691

    RUB - 2.1563

Milyonların gözlədiyi addım: PENSİYALAR YENİDƏN ARTIRILIR - Rəqəmlər açıqlandı

CƏMİYYƏT

27 Noyabr 2025 | 10:18

Milyonların gözlədiyi addım: PENSİYALAR YENİDƏN ARTIRILIR - Rəqəmlər açıqlandı

2026-cı il üçün minimum əməkhaqqının artırılması, sosial təminat mexanizmlərində yenilənmələr və pensiyaların indeksləşdirilməsi ilə bağlı gözləntilər həm əhalinin rifahına, həm də dövlətin sosial yükünə birbaşa təsir edən əsas mövzular kimi diqqətdədir.

2026-cı il üçün minimum əməkhaqqı və sosial təminat sahəsində əsas gözləntilər və proqnozlar nələrdir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən iqtisadçı deputat Vüqar Bayramov bildirib ki, sosial sahədəki artımların bir qismi qanunvericilik, bir qismi isə prezident tərəfindən qəbul edilən və imzalanan sənədlərlə həyata keçirilir. Onun sözlərinə görə, qanunvericiliyə əsasən, pensiyaların indeksləşdirilərək artırılması və ehtiyac meyarının məbləğinin müəyyənləşdirilməsi də tənzimlənir.

Deputat qeyd edib ki, növbəti il yanvarın 1-dən etibarən “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya məbləğləri indeksləşdirilərək artırılacaq. İlkin gözlənti ondan ibarətdir ki, pensiyalarda 9-12% artım olacaq və bu artım yaşa görə, valideynlərini itirməyə görə və əlilliyə görə pensiya alan bütün vətəndaşları əhatə edəcək:

“Proqnozlara görə, növbəti ildən etibarən 1 milyon 100 minə yaxın vətəndaşın pensiyası artırılacaq”.

Vüqar Bayramov: 2026-cı ilin dövlət büdcəsində sosial istiqamət üzrə xərclər 17,1 milyard manat olacaq

V.Bayramov bildirib ki, ehtiyac meyarının artırılması da ünvanlı sosial yardım məbləğinin yüksəlməsinə səbəb olacaq. Bu artımlar qanunvericiliklə tənzimləndiyi üçün öncədən proqnozlaşdırmaq mümkündür.

Müsahibimizin dediyinə görə, bu baxımdan, 2026-cı ilin dövlət büdcəsində sosial istiqamət üzrə xərclərin artırılması nəzərdə tutulur:

"Əgər 2025-ci ildə bu rəqəm 16,9 milyard manat idisə, növbəti il 17,1 milyard manat olacaq. Bu isə onu göstərir ki, 2026-cı ildə də sosial sahədə atılan addımlar və sosial təminatın gücləndirilməsi prioritet olaraq qalacaq".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

26 Noyabr 2025