• Bakı 13° C

    5.68 m/s

  • USD - 1.7

    EUR - 1.9691

    RUB - 2.1563

Həbs edilən fermerin təsərrüfatını talayan çobanla bağlı yeni hökm

CƏMİYYƏT

27 Noyabr 2025 | 10:10

Həbs edilən fermerin təsərrüfatını talayan çobanla bağlı yeni hökm

Sumqayıt Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Cavid Səlimovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Bakıvaxtı.az Pravda.az-a istinadən xəbər verir ki, sonuncu iclasda qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Abşeron Rayon Məhkəməsinin hökmü ləğv olunub, iş üzrə yeni hökm çıxarılıb. Cavid Səlimova təyin edilmiş azadlıqdan məhrumetmə cəzası azaldılaraq, 2 il 8 ay 28 günə endirilib.

İttihama görə, 2022-ci ildə heyvandarlıqla məşğul olan zərərçəkmiş Fərrux Qarayev (şərti) təqsirləndirilən Cavid Səlimova saxlanılması və artırılması üçün dəyəri 44680 manatlıq mal-qara, ev quşları verib. Daha sonra zərərçəkmiş həbs edilib və təqsirləndirilən şəxs də bundan istifadə edərək həmin mal-qara, ev quşlarını sataraq dələduzluq edib.

Hadisədən sonra Cavid Səlimov cinayət məsuliyyətinə cəlb edilib, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə Cavid Səlimov 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkəmə zalından dərhal həbs olunmuşdu.


SON XƏBƏRLƏR

26 Noyabr 2025