• Bakı 20° C

    10.08 m/s

  • USD - 1.7

    EUR - 1.9833

    RUB - 2.145

Gəncədə dəm qazından zəhərlənən tələbələrin SON VƏZİYYƏTİ AÇIQLANDI

CƏMİYYƏT

28 Oktyabr 2025 | 12:10

Gəncədə dəm qazından zəhərlənən tələbələrin SON VƏZİYYƏTİ AÇIQLANDI

Ötən gün Gəncə şəhərində dəm qazından zəhərlənən tələbələrin son vəziyyəti açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq verilən məlumata görə, oktyabrın 27-si saat 19:20-də iki nəfər (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Dəm qazının toksik təsiri diaqnozu təyin edilən pasiyentlərə ilkin tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, ötən gün dəm qazından zəhərlənən tələbələr 2007-ci il təvəllüdlü S.Rüstəmli və 1994-cü il təvəllüdlü L.Həsənova zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıblar.


SON XƏBƏRLƏR

27 Oktyabr 2025