• Bakı 20° C

    7.54 m/s

  • USD - 1.7

    EUR - 1.9833

    RUB - 2.145

Lavrov: NATO bir dəqiqə belə genişlənməni dayandırmayıb

DÜNYA

28 Oktyabr 2025 | 13:43

Lavrov: NATO bir dəqiqə belə genişlənməni dayandırmayıb

Şimali Atlantika Alyansının genişlənməsi, blokun Sovet dövründə verdiyi bütün vədlərə baxmayaraq, "bir dəqiqə belə dayanmayıb".

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Minskdə keçirilən Avrasiya Təhlükəsizliyi üzrə Beynəlxalq Konfransda çıxış edərkən bildirib.

    O qeyd edib ki, "Sovet liderlərinə şərqə doğru bir santimetr belə irəliləməmək barədə verilən vədlərə baxmayaraq, NATO-nun genişlənməsi bir dəqiqə belə dayanmayıb. Üstəlik, bu, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı daxilində öz təhlükəsizliyini başqalarının hesabına gücləndirməmək və regional və təbii ki, qlobal dominantlığa can atmamaq kimi ən yüksək səviyyəli öhdəliklərə zidd olaraq edilir".


    SON XƏBƏRLƏR