Amerikalı biznesmen İlon Mask “Vikipediya” ensiklopediyasının analoqu olan “Qrokipediya”nı (“Grokipedia”) işə salıb.
Bakıvaxtı.az “Business Insider”ə istinadən xəbər verir ki, yeni platformada hazırda 885 279 məqalə var, “Vikipediya”da isə bu say 8 milyondan çoxdur.
Hazırda “Qrokipediya” 0.1 versiyasında işləyir. Əsas səhifədə yalnız axtarış sətri göstərilir və istifadəçiyə sorğusunu daxil etmək təklif olunur.
Mask yaratdığı saytın “Vikipediya”dan daha qərəzsiz olduğunu iddia edir.
Qeyd edək ki, “Qrokipediya” Maskın “Grok AI” çat-botu əsasında işləyir. “Grok” çat-botunun modeli 2023-cü ilin noyabrında işə salınıb və dərhal amerikalı biznesmenə məxsus olan “X” sosial şəbəkəsinə inteqrasiya edilib.
Bakı 


