• Bakı 13° C

    5.68 m/s

  • USD - 1.7

    EUR - 1.9691

    RUB - 2.1563

İmran Xana sui-qəsd edilməsi xəbəri təkzib edilib

DÜNYA

27 Noyabr 2025 | 10:18

İmran Xana sui-qəsd edilməsi xəbəri təkzib edilib

Pakistanda həbsdə olan sabiq Baş nazir İmran Xanın ölməsi barədə məlumatlar təkzib edilib.

Bakıvaxtı.az "Geo News"a istinadən xəbər verir ki, bu barədə ölkənin Adiala həbsxanasının rəhbərliyi məlumat yayıb.

Qeyd edilib ki, İmran Xanın səhhəti ilə bağlı yayılan şayiələr əsassızdır və ona hərtərəfli tibbi yardım göstərilir.

Bundan başqa, həbsxana rəhbərliyi onun başqa yerə köçürülməsinin mümkünlüyü barədə məlumatları da təkzib edib.

Qeyd edək ki, daha əvvəl Əfqanıstanın "Afghanistan Times" media portalı İmran Xanın guya həbsxanada ölməsi barədə məlumat dərc etmişdi.

İmran Xan və onun həyat yoldaşı 2024-cü ilin yanvarında korrupsiya ittihamı ilə 14 il azadlıqdan məhrum edilib. Bununla yanaşı, o, dövlət sirrini yaydığına görə daha 10 il həbs cəzası alıb.


SON XƏBƏRLƏR

26 Noyabr 2025