• Bakı 21° C

    2.41 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Kostiantınivkada evakuasiya dayanıb

DÜNYA

27 Noyabr 2025 | 09:37 | Müəllif: Əli Hüseynov

Kostiantınivkada evakuasiya dayanıb

Donetsk vilayətinin Kostiantınivka şəhərində hazırda təxminən 4 min 500 sakin qalır.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Ukrinform”a açıqlamasında Donetsk Vilayət Hərbi Administrasiyasının rəsmisi Dmitri Petlin bildirib.

Onun sözlərinə görə, son günlər evakuasiya prosesi demək olar ki, tamamilə dayanıb.

Petlin qeyd edib ki, döyüşlərin şiddətlənməsi təxliyəni ciddi şəkildə çətinləşdirib və son günlər prosesin həyata keçirilməsi faktiki olaraq mümkün olmur.

Ukrayna Baş Qərargahının məlumatına görə, düşmən Kostiantınivka istiqamətində son sutka ərzində 20 hücum həyata keçirib.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026