Amerika prezidenti Donald Tramp ölkəsində baş verən terror aktını pisləyib.
Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, D.Tramp Vaşinqtonda iki Milli Qvardiyanın əsgərinin güllələnməsindən sonra immiqrasiya əleyhinə siyasətini gücləndirəcəyini vəd edib: “Bu, Milli Qvardiyaya qarşı son aylarda Demokratik təmayüllü şəhərlərə yerləşdirilməsindən bəri ən pis hücumdur”.
ABŞ prezidenti təntənəli videomüraciətində həbs edilən şübhəlinin 2021-ci ildə Əfqanıstandan gələn bir şəxs olduğunu da təsdiqləyib:
“Həbs edilən şübhəli Əfqanıstandan ölkəmizə daxil olan əcnəbidir və 2021-ci ilin sentyabrında Bayden administrasiyası tərəfindən buraya gətirilib”.
Respublikaçı prezident həmçinin qeyd edib ki, onun administrasiyası indi demokrat sələfi Co Bayden vəzifədə olarkən Əfqanıstandan ABŞ-a gələn bütün şəxsləri yenidən yoxlamalı dır:
“Donald Tramp sələfini milyonlarla əcnəbini ABŞ-a buraxmaqda ittiham edib:
“Bu, milli təhlükəsizliyə ən böyük təhdiddir”.
Qeyd edək ki, sözgedən atışma ABŞ paytaxtının mərkəzində baş verib. İki əsgər ağır yaralanıb, atəş açan şübhəli də ağır yaralanıb.
Aydın Baxış
Bakı 



