• Bakı 13° C

    5.68 m/s

  • USD - 1.7

    EUR - 1.9691

    RUB - 2.1563

Ermənistan yanır

DÜNYA

27 Noyabr 2025 | 07:57

Ermənistan yanır

Ermənistanda yanğınlar tüğyan edir. Bakıvaxtı.az fransızdilli erməni saytı “armenews.com”a istinadən xəbər verir ki,yüzlərlə yanğınsöndürən, polis məmurları və vətəndaşlarla birlikdə noyabrın 25-dən etibarən ölkəni fövqəladə yüksək temperatur şəraitində bürümüş böyük yanğınlarla mübarizə aparır.

Yanğınlar ilk dəfə həftəsonu ölkənin şərqindəki Qeqarkunik vilayətinin Tetujur kəndi ətrafındakı dağ otlaqlarında qeydə alınıb. Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, bazar ertəsi onlar 80 hektara qədər otlaq sahəsini yandırıblar. Son günlər Qeqarkunik vilayətinin digər ərazilərində, eləcə də Ermənistanın digər beş vilayətində də yanğınlar başlayıb. Bunlardan ən təhlükəlisi ölkənin şimal-şərqindəki Tavuş vilayətində meşəlik əraziləri dağıdıb. Çərşənbə axşamı alovlar Tavuşun Navur kəndindən cəmi bir neçə kilometr aralıda tüğyan edib, burada sakinlər alovun qarşısını almaq üçün xilasedicilərə qoşulub. Kəndin başçısı Mher Niqoyan bildirib ki, onların səylərinə baxmayaraq, yanğın yayılıb.

Daxili İşlər Nazirliyinin sözçüsü Narek Sarkisyan bəyan edib ki, ümumilikdə 1830 yanğınsöndürən, polis əməkdaşı və meşə təsərrüfatı işçisi Ermənistanın son illərdə yaşadığı ən dəhşətli meşə yanğınları ilə mübarizə aparır. O əlavə edib ki, onlara Ermənistan ordusunun helikopteri yanan çəmənliklərə və meşələrə su tökərkən kömək edir. Nazirlik yanğınların ilkin səbəblərini açıq şəkildə şərh etməyib. Bununla belə, qurum kənd sakinlərini quru ot, bitki və yarpaqları yandırmamağa çağıran video yayımlayıb.

Aydın Baxış  


SON XƏBƏRLƏR

26 Noyabr 2025