ABŞ Silahlı Qüvvələri asayişi qorumaq üçün paytaxta əlavə 500 Milli Qvardiya əsgəri yerləşdirəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pentaqon katibi Pit Heqset Ağ Ev yaxınlığında iki Milli Qvardiya əsgərinin yaralandığı atışmadan sonra bildirib.
“Bu belə qalmayacaq. Prezident Tramp məndən xahiş etdi və mən Ordu Katibinə və Milli Qvardiyaya Vaşinqtona əlavə 500 Milli Qvardiya əsgəri göndərməyi əmr edəcəyəm”, - Heqset Dominikan Respublikasına səfəri zamanı jurnalistlərə deyib.
Zeynəb Rzayeva
Bakı 



