• Bakı 11° C

    6.86 m/s

  • USD - 1.7

    EUR - 2.0272

    RUB - 2.2385

Hindistanlı deputat halal sertifikatına qadağa tələb etdi

DÜNYA

28 Oktyabr 2025 | 09:56

Hindistanlı deputat halal sertifikatına qadağa tələb etdi

Hindistanın hakim partiyasından millət vəkili və keçmiş nazir Basanquda R. Patil Yatnal ölkədə halal sertifikatlaşdırmaya qadağa qoyulmasını tələb edib.

Bakıvaxtı.az xəbər verir ki, o, halal sertifikatının İslam şəriətinə əsaslandığını və Hindistan Konstitusiyasında hüquqi əsası olmadığını bildirib.

Yatnal bu sertifikatların müsəlman bizneslərinə üstünlük verdiyini iddia edərək məsələnin milli təhlükəsizlik və iqtisadi bərabərliklə bağlı olduğunu vurğulayıb.

Hüquq ekspertləri isə halal sertifikatlarının istehlakçı seçiminə aid olduğunu və bunun qida təhlükəsizliyinə zidd olmadığını bildiriblər.

Əli Hüseynov


SON XƏBƏRLƏR

30 Yanvar 2026