Məşhur braziliyalı futbolçu Vinisius Junior "Real Madrid"dən ayrılmağı ciddi şəkildə düşünür.
Bakıvaxtı.az "AS" nəşrinə istinadən xəbər verir ki, Vinisius "Real Madrid"in baş məşqçisi Xabi Alonsonun gələcək planlarına daxil deyil, futbolçunun oyun üslubu çalışdırıcını qane etmir.
Baş məşqçi ilə futbolçu arasında gərginlik xüsusilə "Barselona" ilə oyun zamanı (2:1) daha da kəskinləşib.
Yarımmüdafiəçi "Barselona" ilə oyunda meydandan çıxan zaman komandadan ayrılmaq istədiyini açıqlayıb.
Məlumata görə, matçın 72-ci dəqiqəsində əvəzlənməsindən xəbər tutan braziliyalı oyunçu söyüş söyüb və soyunub-geyinmə otağına gedərkən qəzəbli şəkildə bildirib: "Komandadan gedirəm, getməyim daha yaxşıdır".
25 yaşlı ulduz futbolçu 2018-ci ildən "Real Madrid"də çıxış edir. Onun klubu ilə hazırkı müqaviləsi 2027-ci il iyunun sonuna kimidir.
Bakı 


