Türkiyənin Apellyasiya Arbitraj Tribunalı "Qalatasaray" klubunun apellyasiya şikayətini təmin etməyib.
Bakıvaxtı.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası "sarı qırmızılar"ın adı mərc oyunlarında hallanan futbolçusu Eren Elmalıya verilən 45 günlük diskvalifikasiya qərarını qüvvədə saxlayıb.
Qeyd edək ki, adı mərc oyunlarında hallanan futbolçular arasında Azərbaycan millisinin futbolçusu Mert Çelik də yer almışdı. "Neftçi" və "Səbail" klublarında çıxış etmiş futbolçu 45 gün futboldan uzaqlaşdırılıb.
Bakı 



