"Napoli" (İtaliya) və "Qarabağ" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyunu başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, "Stadio Diego Armando Maradona" stadionunda keçirilən matçda ev sahibləri "Qarabağ" komandasını 2:0 hesabı ilə məğlub edib.
66-cı dəqiqədə Skott Maktominey fəqrlənib.
72-ci dəqiqədə isə Ağdam təmsilçisinin heyətində Marko Yankoviç avtoqol müəllifi olub.
Qeyd edək ki, 5 turdan sonra "Qarabağ"ın 7 xalı var.
Onu da bildirək ki, "Qarabağ" VI turda, dekabrın 10-da Bakıda Niderlandın "Ayaks" klubunu qəbul edəcək.
***
01:29
"Napoli" (İtaliya) və "Qarabağ" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyununda ikinci qol vurulub.
Bakıvaxtı.az xəbər verir ki, "Stadio Diego Armando Maradona" stadionunda keçirilən matçda ev sahibləri hesabı arasındakı fərqi artırıblar - 2:0.
72-ci dəqiqədə Ağdam təmsilçisinin heyətində Marko Yankoviç avtoqol müəllifi olub.
***
01:25
Napoli" (İtaliya) və "Qarabağ" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyununda ilk qol vurulub.
Bakıvaxtı.az-ın məlumatına görə, "Stadio Diego Armando Maradona" stadionunda keçirilən matçda ev sahibləri hesabı açıblar.
66-cı dəqiqədə Skott Maktominey fəqrlənib.
***
01:01
Neapolda "Napoli" (İtaliya) və "Qarabağ" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyununun 2-ci hissəsi başlayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, matç "Stadio Diego Armando Maradona" stadionunda keçirilir.
Qeyd edək ki, ilk hissədə hesab açılmayıb.
***
00:52
"Napoli" (İtaliya) və "Qarabağ" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyununda ilk hissə başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, "Stadio Diego Armando Maradona" stadionundakı matçın ilk yarısında hesab açılmayıb.
***
00:00
Neapolda "Napoli" (İtaliya) və "Qarabağ" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyunu başlayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, matç "Stadio Diego Armando Maradona" stadionunda keçirilir.
Qarşılaşmanı polşadan olan FIFA referisi Şimon Marçinyak idarə edir.
Bakı 



