"Latsio"nun müdafiəçisi Nunu Tavareş karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, "Əl-İttihad" portuqaliyalı futbolçunu transfer etmək istəyir.
İtaliya klubu Tavareşi satmağın əleyhinə deyil. Onlar 25 yaşlı sol cinah müdafiəçisinin satışından 20-25 milyon avro gəlir əldə etməyi planlaşdırırlar.
Bakı 




