Hollandiyada yumurta verən toyuq fermasında quş qripi epidemiyası baş verib və 100.000 quş məhv edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə NOS məlumat yayıb.
Qida və İstehlak Məhsullarının Təhlükəsizliyi Təşkilatı bildirib ki, Limburq əyalətinin Völle bələdiyyəsindəki yumurta verən toyuq fermasında quş qripinin yayılması halı təsdiqlənib və nəticədə bütün sürü, təxminən 100.000 quşun məhv edilməsi qərarı verilib.
Bu, bölgədə bir həftə ərzində ikinci haldır. Ötən həftə sonu başqa bir kənddəki hinduşka fermasında quş qripi təsdiqlənmişdi və bundan sonra oradakı populyasiya da məhv edilmişdi.
Fermanın 3 km radiusunda yerləşən daha 10 quşçuluq ferması növbəti iki həftə ərzində gücləndirilmiş nəzarət altında olacaq. 10 km zonada quşların hərəkətinə qadağa qoyulub.
Quş qripi epidemiyası səbəbindən dekabrın əvvəlindən Hollandiyada quşlarla bağlı sərgi və yarmarkalar qadağan edilib.
Zeynəb Rzayeva
Bakı 




