• Bakı C

    2.26 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.247

Almaniya niyə Trampın Sülh Şurasına qoşulmur?

DÜNYA

24 Yanvar 2026 | 14:38

Almaniya niyə Trampın Sülh Şurasına qoşulmur?

Almaniya kansleri Fridrix Merz ABŞ ilə yeni dialoqa açıq olduğunu bildirib, lakin əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın sülh Şurasına hazırkı formatda qoşulmayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DW məlumat yayıb. 

"Əlbəttə ki, biz ABŞ ilə əməkdaşlığın digər formalarını, həmçinin yeni formalarını araşdırmağa hazırıq", - deyə o, Romada keçirilən mətbuat konfransında bildirib.

Merz xatıladıb ki, o, bir neçə həftə əvvəl Trampa belə bir strukturda iştirak etmək istəyini bildirmişdi, lakin əlavə etmişdi ki, indi yaranmış vəziyyət Almaniya tərəfindən hazırkı strukturda "konstitusiyaya görə" qəbul edilə bilməz.

Bu rədd cavabı Almaniyanı Fransa, Böyük Britaniya və İspaniya da daxil olmaqla, şuraya qoşulmayacaqlarını elan edən Avropa dövlətlərinin sırasına qoşur.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

23 Yanvar 2026