• Bakı C

    2.29 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.247

ABŞ-dən İtaliyaya DƏVƏT - SƏBƏB

DÜNYA

24 Yanvar 2026 | 13:28

ABŞ-dən İtaliyaya DƏVƏT - SƏBƏB

ABŞ İtaliyanı Qəzzada beynəlxalq sabitləşdirmə qüvvələrinin təsisçilərindən biri olmağa dəvət edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bloomberg News" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

"ABŞ İtaliyadan Qəzza zolağında beynəlxalq sabitləşdirmə qüvvələrinə təsisçilərdən biri kimi qoşulmağı xahiş edib. Bu həftə diplomatlar təklifi Baş nazir Corcia Meloninin ofisinı və İtaliyanın Xarici İşlər Nazirliyinə göndəriblər", - məlumatda qeyd olunub.

Bildirilib ki, təklif çərçivəsində İtaliya beynəlxalq qüvvələrə qoşun verməyəcək, lakin Qəzza polisinin təlimini öz üzərinə götürəcək. İtaliyanın əsas töhfəsi isə ərəb dövlətlərində, İsrail və Fələstində siyasi təsirlə bağlı olacaq.

Mənbələr qeyd edib ki, indi təşəbbüsə qoşulmaq barədə qərar Melonidən asılıdır, lakin onun ofisi şərh verməkdən imtina edib.


SON XƏBƏRLƏR

23 Yanvar 2026