ABŞ-ın Nyu-York, Nyu-Cersi, Konnektikut və Massaçusets bölgələrində fövqəladə vəziyyət elan edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu qərar bölgəyə yaxınlaşan çovğunla əlaqədar verilib.
Məlumata görə, bölgəyə təxminən 61 sm qar yağacağı və güclü külək gözlənildiyi üçün vacib olmayan səyahətlərin dayandırılması barədə qərar qəbul edilib.
Bununla bağlı bazar günü günortadan sonraya qədər təxminən 15247 uçuş təxirə salınıb və 3509 uçuş isə ləğv edilib.
Şiddətli çovğunla əlaqədar Nyu-York meri Zöhran Məmdani Mamdani şəhərdə hərəkəti qadağan edib.
Hərəkət qadağası bütün nəqliyyat vasitələrinə aid edilir. Yollar və körpülər bağlanacaq.
Məktəblərdə dərslər dayandırılıb, hava limanlarının işi məhdudlaşdırılıb.
Bakı 




