• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu ölkədə fövqəladə vəziyyət elan edildi

DÜNYA

24 Mart 2026 | 20:39 | Müəllif: Zeynəb Rzayeva

Bu ölkədə fövqəladə vəziyyət elan edildi

Yaxın Şərqdəki müharibə ilə əlaqədar enerji daşıyıcılarının tədarükündə yaranan fasilələr səbəbindən Filippində fövqəladə vəziyyət rejimi tətbiq edilib. Bu, Filippin Prezidenti Ferdinand Markosun imzaladığı fərmandan irəli gəlir.

Bakıvaxtı.az bu barədə PNA agentliyinə istinadən xəbər verir.

Fərmanda qeyd olunur ki, yaranmış vəziyyət enerji daşıyıcılarının tədarükünün kəskin azalması üçün birbaşa təhlükə yaradır və ölkənin enerji təchizatının sabitliyini və adekvatlığını təmin etmək məqsədilə təxirəsalınmaz tədbirlər görülməlidir.

Prezident bildirib ki, fövqəladə vəziyyət rejiminin elan edilməsi Filippin hakimiyyətinə ölkə iqtisadiyyatı üçün mümkün fəsadları yumşaltmaqla yanaşı, sabit enerji təchizatını təmin etmək üçün əlaqələndirilmiş addımlar atmağa imkan verəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026