• Bakı C

    2.26 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.247

Rusiya 370 dron və 21 raketlə hücum etdi

DÜNYA

24 Yanvar 2026 | 14:10

Rusiya 370 dron və 21 raketlə hücum etdi

Ötən gecə Rusiya Ukrayna regionlarına 370-dən çox zərbə dronu və 21 raket istifadə edərək, kütləvi hücum həyata keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski teleqram kanalında yazıb.

Onun sözlərinə görə, Kiyev və Kiyev vilayəti, Sum, Xarkov və Çerniqov vilayətləri hücuma məruz qalıb. Xarkovda doğum evi, məcburi köçkünlərin yaşadığı yataqxana, tibb kolleci və yaşayış evləri zədələnib.

"Məlumata əsasən, hazırda aralarında uşaq da olmaqla, onlarla yaralı var. Paytaxt və bölgələrdə Rusiyanın əsas hədəfi enerji obyektləri idi. Təəssüf ki, bu hücum bir nəfərin ölümünə səbəb olub. Yaxınlarına və doğmalarına başsağlığı verirəm. Nəticələri aradan qaldırmaq üçün bütün lazımi xidmətlər hadisə yerlərində işləyir", - o bildirib.

Zelenski qeyd edib ki, enerji infrastrukturuna dəyən zərbə hava hücumundan müdafiə (HHM) sistemlərinin, o cümlədən "Patriot", NASAMS və digər komplekslərə raketlərin çatdırılmasının tezləşdirilməsinin vacibliyini sübut edir.


SON XƏBƏRLƏR

23 Yanvar 2026