• Bakı C

    7.03 m/s

  • USD - 1.7

    EUR - 2.0019

    RUB - 2.1512

Daxili qoşunların komandanını Prezident vəzifəyə TƏYİN EDƏCƏK

SİYASƏT

25 Dekabr 2025 | 18:35

Daxili qoşunların komandanını Prezident vəzifəyə TƏYİN EDƏCƏK

Daxili qoşunların komandanını və ali hərbi rütbələr nəzərdə tutulan vəzifələr üzrə zabitləri Prezident vəzifəyə təyin və vəzifədən azad edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasının daxili qoşunları haqqında" qanunun tətbiqi barədə Fərmanında qeyd edilib.

Fərmana əsasən, onların həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılması da Prezidentin səlahiyyətinə aid edilir.

Həmçinin, ölkə başçısı daxili qoşunların hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsini, daxili qoşunların hərbi şurasının əsasnaməsinin təsdiq edilməsini də həyata keçirəcək.


SON XƏBƏRLƏR