• Bakı C

    7.03 m/s

  • USD - 1.7

    EUR - 2.0019

    RUB - 2.1512

Papoyan: Ermənistan Azərbaycan tərəfinə sərhəddə...

DÜNYA

25 Dekabr 2025 | 18:39

Papoyan: Ermənistan Azərbaycan tərəfinə sərhəddə...

Ermənistan Azərbaycanla iki ölkə sərhədində quru yükdaşımalarının həyata keçirilməsini təklif edir.

Bakıvaxtı.az erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bəyan edib.

"Mənim fikrimcə, hazırda Ermənistan və Azərbaycan arasında quru sərhədin açılması üçün çox yaxşı vaxtdır. Belə ki, Ermənistan sərhədinə qədər dəmir yolu ilə gətirilən yüklər multimodal üsulla yük maşınlarına yüklənərək Ermənistan–Azərbaycan quru sərhədindən daşına bilər. Düşünürəm ki, nə Ermənistanda, nə də Azərbaycanda buna mane ola biləcək şərait yoxdur. Mənim təəssüratım belədir ki, biznes mühiti də buna hazırdır", – deyə o vurğulayıb.

Onun sözlərinə görə, əvvəllər Azərbaycan–Ermənistan tranzitinin Gürcüstan dəmir yolları vasitəsilə qiyməti nisbətən yüksək və rəqabətədavamsız hesab olunurdu, lakin danışıqlar hələ də davam edir.

"Bir tərəfdə Gürcüstan dəmir yolu şirkəti, digər tərəfdə isə taxıl və ya benzin idxal edən şirkətlər var. Təbii ki, onların danışıqlar aparması və ən optimal variantı tapması lazımdır", – Papoyan bildirib.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə Gürcüstan dəmir yolları ilə yük tranziti tarifləri məsələsini şərh edərkən qeyd edib ki, əgər bu məsələ həll olunmasa, təbii olaraq təsərrüfat subyektləri idxal və ixracı təmin etmək üçün alternativ yollar axtarmağa başlayacaqlar.


SON XƏBƏRLƏR