• Bakı C

    2.84 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.247

Əfqanıstanda güclü qar və leysan - 60-dan çox insan öldü

DÜNYA

24 Yanvar 2026 | 17:37

Əfqanıstanda güclü qar və leysan - 60-dan çox insan öldü

Güclü qar yağışı və leysan yağışlar nəticəsində Əfqanıstanda 61 nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Əfqanıstanın Fəlakətlərin İdarə Edilməsi Agentliyi məlumat yayıb.

Məlumatda deyilir: "Son üç gündə qar və yağış nəticəsində baş verən itkilər və dağıntılar barədə ilkin məlumatlar hazırlanıb. Buna görə, 61 ölü, 110 yaralı var. 458 ev qismən və ya tamamilə dağılıb".

İnsanlar əsasən çərşənbə və cümə günləri arasında ölkənin mərkəzi və şimal əyalətlərində ölüblər.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

23 Yanvar 2026